Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Lənkəranda 55 yaşlı kişi özünü asıb.
Lənkəran rayon prokuroluğundan şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü rayon sakini, 1957-ci il təvəllüdlü Rafiq Əliyev yaşadığı evin həyətindəki anbarda özünü asaraq intihar edib.
Faktla bağlı rayon prokuroluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.