...

Yəmənin şimal-qərbində baş verən dini toqquşmalarda 20 nəfər ölüb

Hadisə Materials 12 Yanvar 2012 19:50 (UTC +04:00)
Yəmənin şimal-qərbində islamçı qruplar arasında baş verən toqquşmalarda ən azı 20 nəfər ölüb.
Yəmənin şimal-qərbində baş verən dini toqquşmalarda 20 nəfər ölüb

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Yəmənin şimal-qərbində islamçı qruplar arasında baş verən toqquşmalarda ən azı 20 nəfər ölüb. Bu barədə cümə axşamı Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Məlumata əsasən, ölkənin şimal-qərbində, Qırmızı dənizin sahilindəki Maydi şəhərinin yaxınlığında ənənəvi İslamın ortodoksal tərəfdarları - sələfi qrupları ilə "əl-Husi" şiə tayfa konfederasiyasının tərəfdarları arasında toqquşmalar qeydə alınıb.

Bu regionda "əl-Husi" konfederasiyasının silahlıları ötən ilin dekabrında hökumət hissələrinə və sünnilərə qarşı hərbi əməliyyatlar keçiriblər. Həmin vaxt atışmalarda Rusiyanın 4 vətəndaşı daxil olmaqla, 60 nəfər ölmüşdü. Rusiyalılar "əl-Husi" silahlılarının hücumuna məruz qalan sələfilərin "Dar əl-Hədis" dini təhsil mərkəzində təhsil alırdılar. Rusiyanın Yəməndəki səfirliyinin məlumatına əsasən, həmin dövrdə "Dar əl-Hədis" bölgəsində qadın və uşaqlar daxil olmaqla, 30-40 Rusiya vətəndaşı olub.

2011-ci ilin yazından etibarən hökumət qoşunları bu ərazidə nəzarəti praktiki olaraq itirdilər.

Yəməndə vəziyyət ona görə mürəkkəbləşir ki, burada 2011-ci il fevralın başlanğıcından 33 il hakimiyyətdə olan ölkənin keçmiş prezidenti Salehinin istefası tələbi ilə antihökumət çıxışları davam edir. Xalq çaxnaşmaları dövründə ölkədə yüzlərlə insan ölüb, minlərlə insan isə yaralanıb. Salehinin ötən ilin sonunda prezident vəzifəsindən getməsindən sonra Yəməndə çaxnaşmalar davam edir.

Xəbər lenti

Xəbər lenti