Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Masallıda 16 yaşlı qız intihar edib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 12-də Köhnə Zuvand kənd sakini, 1996-cı il təvəllüdlü Nuranə Şahbazova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Neftçalada isə 31 yaşlı fəhlə özünü asıb.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Neftçala şəhəri, Səxavət Bayramov küçəsi, ev 7-də yaşamış Samid Əzizov evinin həyətindəki tövlədə özünü asıb.
Əzizov daş karxanasında fəhlə kimi çalışıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.