...

Xəzərin Azərbaycan hissəsində balıqçılar köməksiz vəziyyətdə qalıblar

Hadisə Materials 13 Yanvar 2012 18:20 (UTC +04:00)
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda balıqçılar köməksiz vəziyyətdə qalıbıar
Xəzərin Azərbaycan hissəsində balıqçılar köməksiz vəziyyətdə qalıblar

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda balıqçılar köməksiz vəziyyətdə qalıbıar.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün 2 nəfər balıq tutmaq məqsədi ilə qayıqla Lənkəran rayonu, Siyavar kəndi yaxınlığında dənizə çıxmış və mühərrikdə yaranmış nasazlıq səbəbindən sahildən, təxminən, 20 km aralıda köməksiz vəziyyətdə qalıb.

Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Balıqçıların xilas olunması istiqamətində zəruri tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti