Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir A.Tağıyeva /
Albaniyanın Durres limanındakı Türkiyəyə məxsus tankerdə baş vermiş partlayış nəticəsində içərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi batıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Samanyolu Haber" xəbər portalı məlumat verib.
Nəticədə bir Azərbaycan və iki Gürcüstan vətəndaşı həlak olub. Gəminin göyərtəsində daha üç Azərbaycan, üç Türkiyə vətəndaşı, altı gürcü və iki ukraynalı olub.