...

Bakıda 26 yaşlı gənc bıçaqlanıb

Hadisə Materials 18 Yanvar 2012 09:53 (UTC +04:00)
Bakıda ötən gecə 26 yaşlı oğlan bıçaqlanıb.
Bakıda 26 yaşlı gənc bıçaqlanıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ötən gecə 26 yaşlı oğlan bıçaqlanıb.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, metronun "Neftçilər" stansiyası yaxınlığında 1986-cı il təvəllüdlü, İmişli rayon sakini Müşfiq Hüseynov 22 yaşlı Röyal Məmmədov tərəfindən bıçaqlanıb.

Hadisənin baş vermə səbəbi barədə məlumat verilmir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti