Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Fransa Prezidentinin oğlu Pyer Sarkozi zəhərlənmə ilə Odessa xəstəxanalarından birinə yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks-Ukrayna" agentliyinə Xarici İşlər Nazirliyinin Odessa nümayəndəliyindəki mənbə deyib.
Mənbə xəstəxananın yerini və təfərrüatları açıqlamayıb.
Bir sıra Odessa KİV-i məlumat verir ki, Pyer Sarkozi Odessaya şəhərin restoranlarından birində qapalı tədbirdə DJ qismində iştirak etmək üçün gəlib.
Lakin çıxışın başlamasına 1 saat yarım qalmış onun halı pisləşib.