...

Qəbələdə avtomobil aşıb, bir nəfər ölüb

Hadisə Materials 31 Yanvar 2012 12:48 (UTC +04:00)
Qəbələdə avtomobil aşıb, bir nəfər ölüb.
Qəbələdə avtomobil aşıb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Qəbələdə avtomobil aşıb, bir nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonu, Sultannuxa kəndi ərazisində "İj" markalı minik avtomobili kanala düşüb.

Nəticədə, sürücü - 1971-ci il təvəllüdlü Xəqani Kamal oğlu Vahabov hadisə yerində ölüb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər Vahabovun cəsədini kanaldan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti

Xəbər lenti