Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda kafedə qanunsuz "Loto" oyunu aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, İctimai Təhlükəsizlik İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları fevralın 4-də Bakı şəhər sakini Natiq Eminova məxsus, Firudin Ağayev küçəsində yerləşən "Kollisto" kafesində qanunsuz "Loto" oyununu aşkar ediblər.