...

Türkiyədə antiterror əməliyyatları zamanı 130-a yaxın şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Fevral 2012 11:47 (UTC +04:00)
Bazar ertəsi Türkiyənin təhlükəsizlik qüvvələrinin terrorizmlə mübarizə ilə bağlı həyata keçirdiyi növbəti əməliyyat zamanı ölkənin müxtəlif şəhərlərində bir sıra terror aktlarında əli olmaqda və PKK terrorçularına kömək etməkdə şübhəli bilinən 130-a yaxın şəxs saxlanılıb.
Türkiyədə antiterror əməliyyatları zamanı 130-a yaxın şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:25-də yayılıb)

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir A.Tağıyeva/

Bazar ertəsi Türkiyənin təhlükəsizlik qüvvələrinin terrorizmlə mübarizə ilə bağlı həyata keçirdiyi növbəti əməliyyat zamanı ölkənin müxtəlif şəhərlərində bir sıra terror aktlarında əli olmaqda və PKK terrorçularına kömək etməkdə şübhəli bilinən 130-a yaxın şəxs saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib.

Bundan əvvəl İstanbulda 10 və Qaziantep şəhərində 10 nəfərin saxlandığı barədə məlumat verilmişdi.

PKK silahlıları sistemli şəkildə həm dinc əhaliyə, həm də ölkənin təhlükəsizlik qüvvələrinə qarşı terror aktları təşkil edir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.
Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti