...

Beyləqanda ev sahibi və qonaqları zəhərlənib, ölən var

Hadisə Materials 13 Fevral 2012 13:08 (UTC +04:00)
Beyləqanda ev sahivi və qonaqları zəhərlənib.
Beyləqanda ev sahibi və qonaqları zəhərlənib, ölən var

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir K.Zərbalıyeva/

Beyləqanda ev sahibi və qonaqları zəhərlənib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 11-də Beyləqan rayonunun Allahyarlı kənd sakini Elməddin Şirinovun evində özü və qonaqları Seymur Şirinov, Zaur Allahverdiyev və Fariz Qurbanov turşudan zəhərləniblər.

Qurbanov xəstəxanaya aparılarkən yolda ölmüş, digərləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti