...

Sumqayıtda mağaza yanıb, sahibi xəsarət alıb

Hadisə Materials 14 Fevral 2012 12:17 (UTC +04:00)
Sumqayıtda mağazada yanğın olub, xəsarət alan var.
Sumqayıtda mağaza yanıb, sahibi xəsarət alıb

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtda mağazada yanğın olub, xəsarət alan var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 13-də saat 04:25 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Yusif Əhmədova məxsus mağazada yanğın baş verib.

Nəticədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları yanıb.

Yanğının söndürülməsində iştirak etmiş Əhmədov yanıq xəsarəti alıb.

Xəbər lenti

Xəbər lenti