...

İstanbuldan Bakıya gizli yolla külli miqdarda qızıl-zinət əşyaları gətirən şəxs saxlanılıb

Hadisə Materials 25 Fevral 2012 13:44 (UTC +04:00)
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Zaur İsmayılov gömrük nəzarətindən "yaşıl kanalla" keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
İstanbuldan Bakıya gizli yolla külli miqdarda qızıl-zinət əşyaları gətirən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Zaur İsmayılov gömrük nəzarətindən "yaşıl kanalla" keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən şənbə günü Trend-ə daxil olan məlumata görə, həmin vətəndaş gömrük bəyannaməsini təqdim etməmiş və mütləq bəyan olunan malların olmadığını bildirdikdən sonra, onun əl çantasına və baqajına "Rapiscan-628" markalı X-Ray aparatı ilə baxış keçirilib.

Əl çantasına baxış zamanı aparatın monitorunda zərgərlik məmulatına bənzər əşyaların təsvirləri əks olunub və bu səbəbdən çantaya təkrar gömrük baxışı keçirilib. Nəticədə həmin çantadan selofanlara bükülmüş 3 ədəd qutudan müxtəlif daşlarla bəzədilmiş qızıl-zinət əşyaları - 35 ədəd boyunbağı, 58 ədəd qolbaq, 89 cüt sırğa, 85 ədəd üzük, 124 ədəd kulon və 60 ədəd zəncir boyunbağı aşkar edilib və protokol əsasında götürülüb. Ekspert arayışına görə, həmin zərgərlik məmulatlarının ümumi çəkisi 1269,3 qram təşkil edib.

Xəbər lenti

Xəbər lenti