...

Şəmkirdə fermada yanğın olub, 150 baş xırda buynuzlu heyvan tələf olub

Hadisə Materials 28 Fevral 2012 13:25 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Qapanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m. olan fermanın qamışdan ibarət dam örtüyü 150 kv.m. sahədə yanıb.
Şəmkirdə fermada yanğın olub, 150 baş xırda buynuzlu heyvan tələf olub

Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir K.Zərbalıyeva/

Şəmkirdə fermada yanğın olub, 150 baş xırda buynuzlu heyvan tələf olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Qapanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m. olan fermanın qamışdan ibarət dam örtüyü 150 kv.m. sahədə yanıb.

Yanğın zamanı fermanın içərisində olan 150 baş xırda buynuzlu heyvan tələf olub, fermanın içərisindən 40 baş iri buynuzlu və fermaya bitişik talvarın altından isə 400 baş xırda buynuzlu heyvan xilas edilib.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti