Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakıda ticarət mərkəzlərindən birindən içərisində 32 min dollar, brilliant və qızıl-zinyət əşyaları olan seyfi oğurlayan şəxslər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 3-nə keçən gecə, Ə.Rəcəbli küçəsində yerləşən "Layf Centr" ticarət mərkəzində Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan qapını sındırma yolu ilə içərisində 32 min ABŞ dolları, brilliant və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsininn və 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov fevralın 19-da tutulublar.
Cinayətin digər iştirakçıları Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olanlar Eldəniz Məmmədov və Bəymirzə Həsənov isə martın 2-də Nərimanov Rayon Polis İdarəsinin və 18-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.
Bakıda ticarət mərkəzlərindən birində külli miqdarda pul, qızıl-zinyət əşyaları oğurlayan şəxslər tutulub
Bakıda ticarət mərkəzlərindən birindən içərisində 32 min dollar, brilliant və qızıl-zinyət əşyaları olan seyfi oğurlayan şəxslər tutulub.
