Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakı polisi bir gündə qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Qorxmaz Ziyadovdan 10 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilib.
Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Ceyhun Babayevdən 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.