...

Bakıda Rusiya vətəndaşının çantasını oğurlayan qadın saxlanılıb

Hadisə Materials 14 Mart 2012 12:18 (UTC +04:00)
Bakıda Rusiya vətəndaşının çantasını oğurlayan keçmiş məhkum saxlanılıb.
Bakıda Rusiya vətəndaşının çantasını oğurlayan qadın saxlanılıb

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda Rusiya vətəndaşının çantasını oğurlayan keçmiş məhkum saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 20-də Rusiya Federasiyasının vətəndaşı Zabirat Həsənovaya məxsus içərisində 40 000 rubl pul, mobil telefon və qızıl əşyaları olan çanta oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamış Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Aysel Məmmədova tutulub.

Xəbər lenti

Xəbər lenti