...

Bakının yaxınlığında yerləşən qəsəbədə təhlükəli vəziyyət yaranıb: Sürüşmə evləri deformasiyaya uğradıb

Hadisə Materials 31 Mart 2012 21:52 (UTC +04:00)
Bu gün aparılan növbəti monitorinq nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsində sürüşmə və uçqun prosesləri ilə bağlı təhlükəli vəziyyətin yarandığı müəyyənləşib. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.
Bakının yaxınlığında yerləşən qəsəbədə təhlükəli vəziyyət yaranıb: Sürüşmə evləri deformasiyaya uğradıb

Azərbaycan, Bakı, 31 mart / Trend müxbir İ.İsabalayeva/

Bu gün aparılan növbəti monitorinq nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsində sürüşmə və uçqun prosesləri ilə bağlı təhlükəli vəziyyətin yarandığı müəyyənləşib. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, təcili müvafiq tədbirlər görülməsə sürüşmə zonasında evlərin uçqunu baş verə bilər.

"Artıq sürüşmə, torpağın yuyulma prosesi intensivləşdiyindən, bəzi evlər deformasiyaya uğrayıb" Niftiyev əlavə edib.

Niftiyev bildirib ki, Masazır qəsəbəsində təhlükəli vəziyyətin yarandığı barədə müvafiq qurumlara xəbərdarlıq edilib.

Nazirlik rəsmisi hesab edir ki, sürüşmənin qarşısını almaq üçün ilkin olaraq təcili ərazidən drenaj quyuları qazılmalıdır. Bu drenaj quyuları vasitəsilə qrunt sularının istiqamətini dəyişmək olar.

Qeyd edək ki, martın ortalarından başlayaraq Masazırda sürüşmə prosesi aktivləşib.

Xəbər lenti

Xəbər lenti