Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evində yanğın olub, bir nəfər zəhərlənib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 13:30 radələrində Səbail rayonu ərazisində yaşayan Zülfiyyə Mustafayevaya məxsus mənzildə yanğın baş verib.
Nəticədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, orada kirayədə yaşayan Astara rayon sakini Fəzail İsmayılov isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, ona tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda yaşayış evində yanğın olub, bir nəfər zəhərlənib