...

Bakının mərkəzində yanan bina söndürülüb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Hadisə Materials 9 Aprel 2012 22:01 (UTC +04:00)
Bakının mərkəzində, 5 mərtəbə adlanan ərazidə yeni tikilən binada güclü yanğın baş verib.
Bakının mərkəzində yanan bina söndürülüb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:40-da yayılıb)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Bakının mərkəzində, 5 mərtəbə adlanan ərazidə yeni tikilən binada baş vermiş güclü yanğın söndürülüb.

İlkin məlumata görə, binada yaşayış olmadığı üçün xəsarət alan yoxdur.

Dilarə Əliyeva küçəsində binanın yuxarı mərtəbəsində (8-ci mərtəbə) yanırdı.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilən binada taxta tirlər yanır. Hadisə ilə bağlı 2-ci dərəcəli çağırış verilib.

Məlumata görə, 1000 kvadratmetr sahədə 600-650 kvadratmetr yanırdı.

Xəbər lenti

Xəbər lenti