...

DİN Sulutəpə qəsəbəsində baş verən insidentlə bağlı məlumat yayıb

Hadisə Materials 19 Aprel 2012 13:13 (UTC +04:00)
Aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirmiş və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar
DİN Sulutəpə qəsəbəsində baş verən insidentlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirmiş və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar.

Bu barədə Trend DİN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Abbasov və Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Cəhdin qarşısı alınmış, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar.

Xəbər lenti

Xəbər lenti