...

Bakıda saxta pul satan şəxs saxlanılıb

Hadisə Materials 26 Aprel 2012 12:58 (UTC +04:00)
Bakıda saxta pul satan şəxs saxlanılıb.
Bakıda saxta pul satan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 26 aprel / Trend müxbir M.Əliyev/

Bakıda saxta pul satan şəxs saxlanılıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində kirayədə yaşayan Xızı rayon sakini Valentin Stavsev 80 min manat saxta 100 manatlıq əsginazları 36 min dollara satarkən yaxalanıb.

Stavsevin yaşadığı mənzilə baxış zamanı əlavə 51 400 manat məbləğdə saxta 100 manatlıq əsginaz aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti