Azərbaycan, Bakı, 1 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda portağalların içərisində məhkuma narkotik vasitə ötürmək cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, aprelin 30-da əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs Fuad İlqar oğlu Babayev üçün vətəndaş Elvin İnşallah oğlu Əsgərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman portağalların içərisindən sellofana bükülmüş 6 (altı) büküm ümumi xalis çəkisi 4.047 qram narkotik vasitə olan "tiryək" və 4 (dörd) büküm ümumi xalis çəkisi 0.89 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Babayev Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.
Bakıda portağalın içərisində məhkuma narkotik vasitə ötürmək cəhdinin qarşısı alınıb (FOTO)
Bakıda portağalın içərisində məhkuma narkotik vasitə ötürmək cəhdinin qarşısı alınıb.
