Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/
Mingəçevirdə minik avtomobili iki velosipedi vurub, ölənlər var.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində "VAZ 2109" markalı minik avtomobili iki velosipedi vurub.
Qəza zamanı hər iki velosipedin sürücüsü dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.