...

Beyləqanda yanacaqdoldurma məntəqəsində partlayış olub

Hadisə Materials 12 May 2012 11:57 (UTC +04:00)
Beyləqan rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.
Beyləqanda yanacaqdoldurma məntəqəsində partlayış olub

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Beyləqan rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.

Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus "Ülvi" yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə yanacaqdoldurma məntəqəsinin xidməti otaqları və yerüstü anbarın çardaq hissəsi 350 kv.m sahədə dağılıb.

Yanacaq çənlərinin üzərinə dağılmış müxtəlif yanacaq-sürtkü materialları 144 kv.m sahədə yanıb, yanacaqdoldurma stansiyasında operator işləyən 1 nəfər xəsarət alıb.

Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanacaqla dolu 8 ədəd çən və ətrafdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti