Azərbaycan, Bakı, 29 may /Trend/
Mayın 29-da səhər saatlarında Yerevanda "Elektron" zavodunda partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ermənistan Xilasetmə Xidmətinin sədr müavini Nikolay Qriqoryan "News.am"a bildirib.
Məlumata əsasən, əvvəlcə yanğın baş verib, sonra isə partlayış olub.
Qriqoryanın sözlərinə görə, dağıntılar altında iki nəfər qalıb. Onlardan birini çıxartmaq mümkün olub, digəri isə hələ də dağıntılar altındadır.
Hadisə yerinə fövqəladə hallar naziri Armen Eritsyan gəlib.