...

Penitensiar xidmət əməkdaşları cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyalar keçirməyə cəhd göstəriblər

Hadisə Materials 7 İyun 2012 14:47 (UTC +04:00)
Müalicə Müəssisəsinin nəzarətçisindən həb götürülüb.
Penitensiar xidmət əməkdaşları cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyalar keçirməyə cəhd göstəriblər

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Müalicə Müəssisəsinin nəzarətçisindən həb götürülüb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin tabeliyindəki Müalicə Müəssisəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisənin nəzarətçisi vəzifəsində qulluq edən 1980-ci il təvəllüdlü ədliyyə baş çavuşu Pirnəzərov Ceyhun Lətif oğlunun gətirdiyi göy rəngli paketin içində sellofana bükülmüş 4 (dörd) konvalyut, hər konvalyutda 14 (on dörd) ədəd olmaqla ümumilikdə 56 (əlli altı) ədəd "lirika" adlı həb aşkar edilərək götürülüb.

Həmçinin Bakı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində qulluq edən 1980-cı il təvəllüdlü ədliyyə çavuşu Əliyev Nail Fazil oğlunun köynəyinin sağ döş cibindən 101 ədəd "Baklafin" və 10 ədəd "Baralgin" dərman həbləri aşkar edilərək götürülüb.

Xatırladaq ki, bir neçə gün öncə Bakı İstintaq Təcridxanasının baş çavuşu təcridxanaya narkotik vasitə keçirmək istəyərkən saxlanılmışdı.

Təcridxanada keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində nəzarətçi vəzifəsində qulluq edən 1989-cu il təvəllüdlü ədliyyə baş çavuşu Rəhimov Amin Nazim oğlunun şalvarının kəmərində gizlətdiyi, sarı rəngli yapışqan lentə bükülmüş 13 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülmüşdü.

Xəbər lenti

Xəbər lenti