Azərbaycan, Bakı, 9 iyun / Trend /
Massalı rayonunda minik avtomobili "Kamaz"la toqquşub, 4 nəfər həlak olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu, Alvadı kəndində (rayon mərkəzindən 4 km aralı) "Kamaz" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobili toqquşub.
Nəticədə, minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişin (şəxsiyyətləri məlum deyil) hadisə yerində ölüblər.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Massalıda minik avtomobili "Kamaz"la toqquşub, 4 nəfər həlak olub
Massalı rayonunda minik avtomobili "Kamaz"la toqquşub, 4 nəfər həlak olub.
