Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Bakı-Quba yolunda minik avtomobili dərəyə düşüb, sürücü və sərnişin xəsarət alıblar.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xızı rayonunda Bakı-Quba yolunun 62-ci kilometrliyində "Toyota" markalı minik avtomobili dərəyə düşüb, sürücü və sərnişin xəsarət alıblar.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər hadisə yerində yaralılara ilkin tibbi yardım göstərib və müvafiq təhlükəsizlik tədbirləri görüblər.