...

Bakıda polis əməkdaşı bıçaqlanıb

Hadisə Materials 14 İyun 2012 10:22 (UTC +04:00)
Suraxanı rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 13-dən 14-nə keçən gecə, saat 02:00 radələrində 34-cü polis bölməsinin əməliyyat müvəkkili 1982-ci il təvəllüdlü Rəşad Süleymanov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Bakıda polis əməkdaşı bıçaqlanıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda polis əməkdaşı bıçaqlanıb.

Suraxanı rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 13-dən 14-nə keçən gecə, saat 02:00 radələrində 34-cü polis bölməsinin əməliyyat müvəkkili 1982-ci il təvəllüdlü Rəşad Süleymanov naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə Su Tikinti Xəstəxanasına aparılıb.

Məlumata görə, Süleymanov narkoz altında olduğundan onun ifadəsini almaq mümkün olmayıb.

Hadisənin hansı səbəndən baş verdiyi barədə məlumat hələlik açıqlanmır.

Polis İdarəsi cinayəti törədən şəxin tutulması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti