...

Ötən ay itkin düşmüş qadının əri tərəfindən kanala atılaraq öldürüldüyü məlum olub

Hadisə Materials 4 İyul 2012 15:22 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də Qarabağ kanalının Xoсavənd kəndinin ərazisindən keçən hissəsində iyun ayının 26-dan itkin düşmüş Yevlax rayonunun Aran qəsəbə sakini Sevinс Süleymanovanın meyiti tapılıb.
Ötən ay itkin düşmüş qadının əri tərəfindən kanala atılaraq öldürüldüyü məlum olub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay itkin düşmüş qadının əri tərəfindən kanala atılaraq öldürüldüyü müəyyən olunub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də Qarabağ kanalının Xoсavənd kəndinin ərazisindən keçən hissəsində iyun ayının 26-dan itkin düşmüş Yevlax rayonunun Aran qəsəbə sakini Sevinс Süleymanovanın meyiti tapılıb.

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiсəsində Sevinсin, əri Elnur Süleymanov tərəfindən aldadılaraq Aran qəsəbəsinə aparılması və orada Qarabağ kanalına itələnməsi müəyyən edilib və Süleymanov tutulub.

Xəbər lenti

Xəbər lenti