...

Bakıda yol polisi qaydaları pozan sürücünü saxlamaq istəyərkən qəza baş verib (VİDEO)

Hadisə Materials 6 İyul 2012 10:54 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında yol polisi əməkdaşı yol hərəkət qaydalarını pozan sürücünü saxlamaq istəyərkən yol qəzası baş verib.
Bakıda yol polisi qaydaları pozan sürücünü saxlamaq istəyərkən qəza baş verib (VİDEO)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında yol polisi əməkdaşı yol hərəkət qaydalarını pozan sürücünü saxlamaq istəyərkən yol qəzası baş verib.

Görüntülərdən aydın olur ki, yol polisi tərəfindən saxlanılan sürücü qaydanı pozaraq digər avtomobilin yoluna çıxdığından ikinci avtomobil yolun kənarında dayanan iki avtomobili vurur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player
Xəbər lenti

Xəbər lenti