...

Cəlilabadda 18 yaşlı gənc göldə batıb

Hadisə Materials 12 İyul 2012 14:27 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü İbrahim Baloğlan oğlu Məmmədov Cəlilabad rayonu ərazisində göldə çimərkən batıb.
Cəlilabadda 18 yaşlı gənc göldə batıb

Azərbaycan, Bakı, 12 iyul / Trend müxbir K.Zərbalıyeva/

Cəlilabadda 18 yaşlı gənc göldə batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü İbrahim Baloğlan oğlu Məmmədov Cəlilabad rayonu ərazisində göldə çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunublar. Məmmədovun cəsədi vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb.

Bakı şəhəri, Xəzər və Suraxanı rayonları ərazisində isə dənizdə ("Sahil-1" və "Hövsan" sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəbər lenti

Xəbər lenti