Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir K.Zərbalıyeva/
Şamaxıda güclü yağış pirə ziyarətə gələnlər üçün problem yaradıb.
Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov Trend-ə bildirib ki, dünən günün ikinci yarısı başlayan güclü yağış nəticəsində rayon ərazisindəki Dədəgünəş pirinə ziyarətə gələn 10 nəqliyyat vasitəsi pirə qalxa bilməyib.
Həmin nəqliyyat vasitələri torpaq yolda palçığa batıb. Əlavə texnika cəlb edilməklə nəqliyyat vasitələri ərazidən çıxarılıb.
Qasımov bildirib ki, güclü yağış təxminən 4 saat davam edib. Komissiya sədri yağışın rayona ciddi ziyan vurmadığını deyib.