...

Azərbaycanda ötən gün 17 yol qəzası baş verib: ölən və xəsarət alanlar var

Hadisə Materials 21 İyul 2012 11:31 (UTC +04:00)
Azərbaycanda ötən gün 17 yol qəzası qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Azərbaycanda ötən gün 17 yol qəzası baş verib: ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 21 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən gün 17 yol qəzası qeydə alınıb, nəticədə bir nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, qəzaların 5-i Bakıda baş verib, nəticədə 7 nəfər xəsarət alıb.

Ötən gün 6 piyadavurma olub və 1 piyada dünyasını dəyişib, 5 nəfər yaralanıb.

Ötən günün ən ağır yol qəzası Ucarda qeydə alınıb. Ucarda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəbər lenti

Xəbər lenti