...

Bakıda çoxmərtəbəli binada baş verən partlayış nəticəsində xəsarət alanlardan biri ölüb

Hadisə Materials 23 İyul 2012 12:41 (UTC +04:00)
Bakının Nəsimi rayonunda iyulun 22-də çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan dördotaqlı mənzilin yataq otağında təmir işləri aparılan zaman partlayış baş verib.
Bakıda çoxmərtəbəli binada baş verən partlayış nəticəsində xəsarət alanlardan biri ölüb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Nəsimi rayonunda iyulun 22-də çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan dördotaqlı mənzilin yataq otağında təmir işləri aparılan zaman partlayış baş verib.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yaralananlardan biri 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev xəstəxanada ölüb.

İlkin ehtimala görə, partlayışa texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, partlayış nəticəsində yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə və 1 ədəd "Mitsubishi" markalı kondisioner qarsalanıb, pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanmış 2 minik avtomobilinin üstünə düşüb. Həmin mənzildə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almış və xəstəxanaya aparılmışdı.

Xəbər lenti

Xəbər lenti