...

Xəzərdə batan şəxsin cəsədi tapılıb

Hadisə Materials 31 İyul 2012 11:50 (UTC +04:00)
Nağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xəzərdə batan şəxsin cəsədi tapılıb

Azərbaycan, Bakı, 31 iyul / Trend müxbir K.Zərbalıyeva/

Xəzərdə batan şəxsin cəsədi tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 6 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1968-ci il təvəllüdlü İnqilab Oktay oğlu Nağıyevin axtarışları başa çatıb.

Nağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti