...

Azərbaycana gələn Türkiyə vətəndaşından külli miqdarda zinət əşyaları aşkar edilib

Hadisə Materials 3 Avqust 2012 19:49 (UTC +04:00)
Tovuz Gömrük İdarəsi "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Mahmut Boranın idarə etdiyi "Mercedes-Benz Travego" markalı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib.
Azərbaycana gələn Türkiyə vətəndaşından külli miqdarda zinət əşyaları aşkar edilib

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Tovuz Gömrük İdarəsi "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Mahmut Boranın idarə etdiyi "Mercedes-Benz Travego" markalı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib.

Trend Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən məlumat verir ki, həmin nəqliyyat vasitəsinin yüklərinə baxış zamanı 6 ədəd polietilen kisəyə salınmış kağız qutularda, dini əşyaların arasından sürücü Boranın gömrük bəyannaməsində qeyd etmədiyi və şifahi olaraq bildirmədiyi ağ rəngli metaldan hazırlanmış zinət əşyaları - 654 ədəd üzük, 238 ədəd kulon, 131 ədəd bilərzik, 31 dəst tana-üzük-kulon, 16 ədəd boyunbağı, 10 cüt tana və 5 ədəd təsbeh aşkar edilib.

"Sınıq Körpü" gömrük postunda gömrük sahəsində qeydə alınan digər hüquq pozuntusu isə mobil telefon qaçaqmalçılığı olub. Belə ki, Gürcüstandan Azərbaycana gələn "Opel Frontera" markalı minik avtomobilinə gömrük nəzarəti keçirilib, həmin nəqliyyat vasitəsinin sahibinin Gürcüstan vətəndaşı Sakinə Seidova, sürücünün isə Azərbaycan vətəndaşı Raqil Həsənovun olduğu müəyyən edilib. Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən vətəndaş Həsənova məxsus müxtəlif markalı 251 ədəd mobil telefon və mobil telefonlara aid 817 ədəd aksesuar aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti