...

Qaynar asfalt motosiklet sürücüsünün üzərinə töküldü

Hadisə Materials 17 Avqust 2012 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend, müxbir X.Murtuzayeva/

Çinin Zejiang əyalətində baş verən dəhşətli qəzada bir motosiklet sürücüsü inanılmaz şəkildə həlak olub. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən yazır.

Yük avtomobilinin sürücüsünün ifadəsinə görə, motosiklet bir an içində qarşısına çıxanda o, sərt şəkildə əyləci basmağa məcbur olub və nəticədə yük maşını aşıb. Bu zaman avtomobildəki 10 ton qaynar asfalt yerə yıxılan motosiklet sürücüsünün üzərinə tökülüb.

Hadisənin şahidi olan Liu Jinin sözlərinə görə, asfalt motosikletdəki adamın üzərinə töküləndən sonra yanıq iyi hiss edilib. "Biz sürücünün qulaqbatıran fəryadını eşitdik", - o, baş verən dəhşətli hadisəni belə izah edib.

İstiyə davamlı ayaqqabılarda asfalt üzərində işə başlayan xilasedicilər, istiliyi 100 dərəcəyə çatan qarışığın altından bədbəxt sürücünün cəsədini tapıblar. Hadisə yerinə gələn tibb işçiləri onun bir dəqiqə ərzində öldüyünü bildirirlər.

Xəbər lenti

Xəbər lenti