...

Göyçayda bir neçə mağazadan oğurluq etmiş Gəncə şəhər sakini tutulub

Hadisə Materials 6 Sentyabr 2012 13:04 (UTC +04:00)
Göyçayda bir neçə mağazadan oğurluq etmiş Gəncə şəhər sakini tutulub.
Göyçayda bir neçə mağazadan oğurluq etmiş Gəncə şəhər sakini tutulub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Göyçayda bir neçə mağazadan oğurluq etmiş Gəncə şəhər sakini tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Göyçay RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də Rauf Musayevə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamış Gəncə şəhər sakini Rafiq Tağıyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayının 18-də Göyçay şəhəri ərazisində, şəhər sakinləri Samir Novruzova, İlham Məmmədova məxsus mağazadan 3 ədəd mobil telefon, 250 manat pul və danışıq kartları oğurlaması, Könül Məmmədovaya məxsus mağazadan isə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti