...

Ulyanovskdakı Azərbaycan diasporunun lideri yaralanıb, mühafizəçisi öldürülüb

Hadisə Materials 11 Sentyabr 2012 16:39 (UTC +04:00)
Bu gün naməlum şəxslər Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynovu yaralayıb, onun mühafizəçisi isə qətlə yetirilib.
Ulyanovskdakı Azərbaycan diasporunun lideri yaralanıb, mühafizəçisi öldürülüb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gün naməlum şəxslər Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynovu yaralayıb, onun mühafizəçisi isə qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə Ulyanovsk üzrə Daxili İşlər İdarəsinin nümayəndəsi RİA Novosti-yə bildirib.

"Hadisə Lenin küçəsi, 95 ünvanında saat 13:00-da baş verib. İlkin məlumata görə, Hüseynovun mühafizəçisi güman edilən şəxs öldürülüb. Hüseynovun özü isə həyatı üçün təhlükəli olmayan xəsarət alıb", - Dİİ əməkdaşı deyib.

Polis aydınlaşdırıb ki, hər şey mübahisə nəticəsində baş verib.

Qeyri-rəsmi mənbələr isə RİA Novosti-yə diaspor liderinə qəsd barədə danışırlar.

Xəbər lenti

Xəbər lenti