Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Bakıda Türkiyə vətəndaşının avtomobilini qaçıran şəxs yaxalanıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Nərimanov rayonu ərazisində Şirvan şəhər sakini Emin İsayev tanışı Türkiyə vətəndaşı Hüseyn Ünala məxsus "Mercedes" markalı avtomobilin açarının üstündə olmasından istifadə edərək maşını qaçırıb.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsayev avtomaşınla birgə tutulub.