...

Rusiyadan Azərbaycana hədiyyə adı ilə soyuq silah gətirmək cəhdinin qarşısı alınıb

Hadisə Materials 20 Sentyabr 2012 12:56 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Sankt-Peterburq-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elnur Orucov gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğundan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və müvafiq qaydada şifahi sorğu-sual edildikdən sonra onun baqajına gömrük baxışı keçirilib.
Rusiyadan Azərbaycana hədiyyə adı ilə soyuq silah gətirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Rusiyadan Azərbaycana hədiyyə adı ilə soyuq silah gətirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Sankt-Peterburq-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elnur Orucov gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğundan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və müvafiq qaydada şifahi sorğu-sual edildikdən sonra onun baqajına gömrük baxışı keçirilib. Bu zaman Orucovun çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış - üzərində "На долгую память из Узбекистана" sözləri həkk olunmuş, dəstəyi ilə birlikdə uzunluğu təxminən 335 mm olan və metaldan hazırlanmış 1 ədəd bıçaq aşkar edilib.

İlkin araşdırma zamanı Orucov izahatında bildirib ki, həmin bıçağı ona Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olarkən Özbəkistan vətəndaşı Ozodbek adlı şəxs hədiyyə edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən bıçaq kustar üsulla hazırlanıb, hər iki tərəfi kəsici, ucu isə batıcı xassəyə malik ov bıçağıdır və soyuq silahdır.

Xəbər lenti

Xəbər lenti