...

İsmayıllıda torpaq sürüşməsi olub, bir nəfər ölüb

Hadisə Materials 24 Sentyabr 2012 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı,24 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

İsmayıllıda tikinti işləri aparılarkən torpaq sürüşməsi olub, bir nəfər ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də "K.E-İnşaat" MMC tərəfindən İsmayıllı şəhəri ərazisində kanalizasiya xətti üçün xəndək qazılarkən torpaq sürüşüb.

Nəticədə orada fəhlə işləyən şəhər sakini Tacir Əkbərov xəsarət alıb. O, koma halında xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti