Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Polis Goranboy rayonu ərazisindən xeyli sayda silah-sursat tapıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rəhimli kəndi ərazisində 4 ədəd mərmi, 16 ədəd qumbara, 200 ədəd pulemyot patronu, 580 ədəd avtomat patronu və digər hərbi sursatlar tapılıb.
Fakt üzrə araşdırma aparılır.