...

Türkiyədə turist avtobusu aşıb

Hadisə Materials 5 Oktyabr 2012 13:45 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində içərisində xarici turistlərin olduğu avtobus aşıb.
Türkiyədə turist avtobusu aşıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Antalya şəhərində içərisində xarici turistlərin olduğu avtobus aşıb. Bu barədə Trend cümə günü yerli KİV-ə istinadən məlumat verir.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbləri, ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti