...

Xaçmazda “Mercedes” ağaca çırpılıb, sürücü xəsarət alıb

Hadisə Materials 6 Oktyabr 2012 11:57 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Nərəcan kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Xaçmazda “Mercedes” ağaca çırpılıb, sürücü xəsarət alıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Xaçmazda "Mercedes" ağaca çırpılıb, sürücü xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Nərəcan kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü yaralanıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti

Xəbər lenti