Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Balakəndə evdə partlayış olub, xəsarət alanlar var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayonu, Sarıbulaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin mətbəxində qaz sızmasından partlayış baş verib.
Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində 4 nəfər ev sakini yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.