...

Sankt-Peterburqda azərbaycanlı iş adamının qətli ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 23 Oktyabr 2012 21:41 (UTC +04:00)
Rusiya Daxili İşlər Nazirliyi 34 yaşlı iş adamı və Sankt-Peterburqda yerləşən "Kişmiş" restoran şəbəkəsinin müdiri Əfqan Rəsulovun qətli faktı ilə bağlı cinayət işi açıb.
Sankt-Peterburqda azərbaycanlı iş adamının qətli ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Rusiya Daxili İşlər Nazirliyi 34 yaşlı iş adamı və Sankt-Peterburqda yerləşən "Kişmiş" restoran şəbəkəsinin müdiri Əfqan Rəsulovun qətli faktı ilə bağlı cinayət işi açıb.

Trend Rusiya DİN-ə istinadən məlumat verir ki, oktyabrın 23-ü gecə Rusiya DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinə bir qadının zorla evdə saxlanılması barədə məlumat daxil olub. Mənzilin qapısı açılarkən dəhlizə bir kişi çıxıb və polis əməkdaşlarına atəş açıb. Atəşə cavab olaraq hücüm edən şəxs öldürülüb. Öldürülən şəxs Əfqan Rəsulov olub.

Mənzildə iş adamının 32 yaşlı qardaşı tutulub.

Rusiya KİV-in verdiyi məlumata görə, atəş travmatik tapançadan açılıb, Rəsulov isə üç güllə yarasından həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti