Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Sumqayıt şəhərində polietilen boru hazırlanan sexdə yanğın olub.
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan polietilen boru hazırlanan sexin içərisində 50 kv.m sahədə polietilen boruların hazırlanması üçün istifadə olunan xammal yanıb.
Sexin qalan hissəsi və içərisindəki məhsullar yanğından mühafizə olunub.